15 mart 2026 09:04
106

Tramp ABŞ-də yanacağın qiymətinin artmasından narahat deyil

ABŞ Prezidenti Donald Tramp yanacağın yüksək qiymətlərinin Konqresə aralıq seçkilərin nəticələrinə potensial təsirindən narahat olmadığını bildirib.

“İki sahil” xəbər verir ki, o, bu barədə "NBC News" müsahibəsində bildirib.

Tramp benzinin qiymətlərinin artmasının potensial siyasi təsiri ilə bağlı suala cavabında deyib: "Mən heç narahat deyiləm".

ABŞ-da Konqresə aralıq seçkilərin 2026-cı ilin noyabrında keçirilməsi planlaşdırılır.