İsrail ordusu 2023-cü ilin oktyabr ayından İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə 110-a yaxın hava hücumu həyata keçirərək, Fələstinin ən azı 165 silahlı qruplaşma üzvünü öldürüb.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Müharibə başlayandan bəri, İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti qarşı tərəfin hərbçilərini və onların infrastrukturunu məhv etmək üçün Yəhudeya və Samariyada təxminən 110 hava zərbəsi endirib. İsrail Müdafiə Qüvvələrinə təhlükə yaradan ən azı 165 silahlı qruplaşma üzvü məhv edilib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, əməliyyatlar beynəlxalq hüquq normalarına uyğun həyata keçirilib, mülki şəxslər üçün təhlükə yaranmayıb.