13 yanvar 2025 17:10
83

23 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirdilər

Bakının Nəsimi rayonu ərazisində üç nəfərin ümumilikdə 23 min manatdan çox pul vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən - əvvəllər eyni əmələ görə məhkum olunmuş 44 yaşlı T.Yunisov və 42 yaşlı S.Səmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.