Kaliforniya ştatının Los-Anceles şəhərinin sakinləri yanğınla mübarizə üçün su çatışmazlığı səbəbindən yerli Su və Enerji Departamentinə (LADWP) qarşı iddia qaldırıblar.
“İki sahil” xəbər verir ki, bu barədə iddia sənədinə istinadla "Bloomberg" məlumat yayıb.
“Ev sahibləri ABŞ-ın ən böyük bələdiyyə kommunal xidməti olan Los-Ancelesin Su və Enerji Departamentinə qarşı iddia qaldırıblar”, - deyə, məlumatda bildirilir.
İddiaçıların sözlərinə görə, şəhərin su anbarı qurudulub və hidrantlarda su təzyiqi kifayət qədər olmadığından yanğınsöndürənlərin yanğınla mübarizə aparması çətinləşib.
Qeyd olunur ki, yanğının səbəbləri hələ də araşdırılır.