14 yanvar 2025 12:13
270

Kiyev əraziləri qaytarmaq planlarından qeyri-müəyyən müddətə imtina edib - CNN

Rəsmi Kiyev hakimiyyəti əraziləri qeyri-müəyyən müddətə qaytarmaq planlarından imtina edib.

“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiyanın nəzarətində olan ərazilərin geri qaytarılması planları qeyri-müəyyən müddətə təxirə salınıb.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməyə məcbur olduğu bir vaxtda rus qoşunlarının uğurlu hücumunu davam etdirdiyi vurğulanır.

Ona görə də hazırda münaqişəyə son qoymaq üçün danışıqlar mümkün görünmür.