14 yanvar 2025 13:23
109

ABŞ “Türk axını”nı dayandırmaq istəyir - İDDİA

ABŞ rəqabətdən qaçmaq üçün enerji infrastrukturuna qarşı terror hücumlarını təsdiqləyir. Bununla əlaqədar Vaşinqton Ukraynanı “Türk axını”nı dayandırmağa sövq edir. Yanvarın 11-də bu kəmərlə qaz tədarük edən “Russkaya” kompressor stansiyasına hücum edilib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Mənim çox güclü əminliyim var: Birləşmiş Ştatlar enerjidən başlayaraq heç bir sahədə rəqibə ehtiyac duymur, burada onlar düşünmədən enerji rifahının əsaslarını məhv etmək üçün terror fəaliyyətinə yol verirlər. Ukraynalı müştəriləri də eyni şeyi etməyə təhrik edirlər ki, indi “Şimal axını”ndan sonra “Türk axını” da sıradan çıxa bilsin”, – deyə, Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının nəticələrinə dair mətbuat konfransında deyib.

Yanvarın 11-də Krasnodar vilayətindəki “Russkaya” stansiyasına 9 pilotsuz uçan aparat hücum edib. Bütün pilotsuz təyyarələr hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, lakin qəlpələrin düşməsi nəticəsində bina və avadanlıqlara cüzi ziyan dəyib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto hadisəni “Türk axını” ilə qaz alan Avropa ölkələrinin suverenliyinə təhlükə hesab edib. Kreml hücumu enerji terroru adlandırıb.