“Fiziki aktivlik insan sağlamlığı üçün vacibdir. Fiziki aktivliyin azalması uşaqların da sağlamlığına mənfi təsir göstərə bilər”.
“İki sahil” xəbər verir ki, bu fikirləri həkim-fizioterapevt Çinarə Hacıyeva açıqlayıb.
Onun sözlərinə görə, bu kimi hallarda xüsusilə ürək-damar, tənəffüs sisteminin və dayaq hərəkət aparatının funksiyaları zəifləyə bilər: “Fiziki aktivliyin azalması gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır. Sağlam gələcək nəsil yetişdirmək üçün fiziki aktivliyi artırmaq məqsədilə bağça, məktəb dövründən aktiv həyat tərzini uşaqlara aşılamaq lazımdır. Valideynlər və müəllimlər uşaqları açıq havada oyunlara, idmana cəlb etməli, müasir texnoloji cihazlardan istifadənin müddətinin azaldılmasına çalışmalıdır”.
Ç.Hacıyeva qeyd edib ki, araşdırmalar fiziki aktiv uşaqların bütün sahələrdə daha yüksək nəticələr əldə etmək qabiliyyətinə malik olduğunu sübut edib.