14 yanvar 2025 19:53
297

Amerikalı aktrisa meşə yanğınında öldü

“The Blues Brothers” filmində rol alan amerikalı aktrisa Deliz Karri Los-Ancelesi bürüyən yanğınlar nəticəsində dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki,  bu barədə “The New York Post” məlumat yayıb.

Məlumatda bildirilir ki, 1980-ci ildə çəkilmiş “The Blues Brothers” filmində rol alan aktrisa və müğənni Los-Ancelesdəki yanğınlar nəticəsində dünyasını dəyişib.

Karrinin meyiti yanan evlərin birində tapılıb. Onun 95 yaşı var idi.