Ötən il retranslyasiya xidmətinin doqquz operatorunun hər birisi 5 min manat cərimələnib.
“İki sahil” xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatında məsələ yer alıb.
Hesabatda qeyd olunub ki, xarici televiziya kanallarının müqaviləsiz retranslyasiyasına görə ötən ilin oktyabr ayından monitorinqlərə başlanılıb.
Monitorinqlər nəticəsində ilin sonuna kimi müvafiq qanunvericiliyin tələblərini yerinə yetirmədiyinə görə ümumi olaraq 12 inzibati cərimənin tətbiq olunması ilə bağlı protokol tərtib olunaraq müvafiq məhkəmələrə göndərilib.
İlin sonuna kimi olan vəziyyətə görə müvafiq məhkəmə qərarları ilə 9 operator hərəsi 5 min manat məbləğində cərimələnib.
Paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 93 000-ə yaxın sərnişin daşınıb
Kaspersky “Intelbras” müşahidə kameralarındakı boşluğu aradan qaldırmağa kömək edib
Fuad Muradov Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının iclasında iştirak edib
FHN-in Gəncə Regional Mərkəzi Samux rayonunda kompleks mülki müdafiə təlimi keçirib