16 yanvar 2025 16:20
86

Əli Fakih: COP29 çərçivəsində əldə olunan razılaşmalar tərəflər arasında etimad səviyyəsini artırır

Paris Sazişinin 6-cı Maddəsi üzrə COP29-da əldə edilmiş razılaşmalar karbon bazarlarının şəffaflığını artırmağa və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfləri arasında etimad səviyyəsinin yüksəlməsinə imkan verəcək.

Bu barədə Atlantik Şurasının elmi işçisi Əli Fakih deyib.

Onun sözlərinə görə, Paris Sazişinin 6.4-cü maddəsində nəzərdə tutulan mərkəzləşdirilmiş mexanizm karbon kreditləri ilə bağlı daha yüksək şəffaflıq standartları tətbiq edir: “Bu da ekoloji cəhətdən dayanıqlı layihələrə daha çox investisiya təşviq edə bilər”.

Ə.Fakih, həmçinin iqlim maliyyələşdirməsi vəsaitlərinin ədalətli bölüşdürülməsinin vacibliyini vurğulayıb: “Onun fikrincə, bu, inkişaf etməkdə olan dövlətlərin və ən həssas əhali təbəqələrinin iqtisadi itkiləri olmadan karbon bazarları konsepsiyasını tam şəkildə həyata keçirməyə imkan verəcək”.

"Bakı maliyyələşdirmə məqsədləri çərçivəsində vəd edilmiş 300 milyard ABŞ dolları məbləğində maliyyələşdirmənin ədalətli bölüşdürülməsi məsələsinə baxılmalıdır. Prioritet iqlim dəyişikliyinin nəticələrinin əsas ağırlığını daşıyan kiçik fermer təsərrüfatları kimi həssas əhali qruplarına verilməlidir", - o bildirib.

Ə.Fakih qeyd edib ki, bu cür səylər uyğunlaşma potensialını artıra, dayanıqlı təcrübələrin tətbiqinə kömək edə bilər.

“Report”