20 yanvar 2025 03:09
90

Sabiha Gökçen hava limanında bomba təhdidi yalan çıxdı

Xəbər verdiyimiz kimi, Türkiyənin Sabiha Gökçen hava limanında İstanbuldan Bəhreynə uçmağa hazırlaşan “Pegasus Hava Yolları”na məxsus sərnişin təyyarəsinə bomba hədəsi gəlib.

“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, araşdırmalar nəticəsində xəbərin əsassız olduğu üzə çıxıb.

Sabiha Gökçen hava limanında təyyarədə bomba təhlükəsi

Məlumata görə, İstanbul-Bəhreyn reysini həyata keçirməyə hazırlaşan “Pegasus Hava Yolları”na məxsus PC-824 uçuş nömrəli Airbus A320 NEO tipli təyyarəyə bomba təhdidi edilib.

Məlumatın ardınca polis qrupları və bomba zərərsizləşdirilməsi mütəxəssisləri təyyarənin salonunda və yük hissəsində axtarış aparıblar. Axtarışlar nəticəsində xəbərin əsassız olduğu anlaşılıb.

Bəhreynə uçuş bomba təhlükəsi səbəbindən təxirə salınacaq.

Təyyarə xəbərdarlığa görə istismardan çıxarılıb və sərnişinlər aviaşirkətin ayırdığı başqa təyyarə ilə Bəhreynə göndəriləcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”