ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp tezliklə ABŞ tarixində ən böyük deportasiya əməliyyatına başlayacağına söz verib.
“İki sahil” xəbər verir ki, o bu barədə Vaşinqtondakı "Capital One" idman arenasında tərəfdarları qarşısındakı mitinqində çıxışı zamanı deyib.
"Çox yaxında biz ABŞ tarixində ən böyük deportasiya əməliyyatına başlayacağıq. Hətta hazırda rekorda sahib olan prezident Duayt Eyzenhauerin etdiyindən də böyük həcmdə", - deyə Tramp bildirib.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi bu gün, yanvarın 20-də baş tutacaq.