Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, seçki zamanı veb-kameralar fəaliyyət göstərəcək.
"Xarici müşahidəçilərlə bağlı müraciət qeydə alınmayıb", - MSK sədri vurğulayıb.