21 yanvar 2025 11:26
92

Bakıda əməliyyatlar keçirilib, 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Paytaxtda polis narkotiklərə qarşı əməliyyatlar keçirib, 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov, Yasamal və Suraxanı rayonları ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən əməliyyatlar keçirilib.

Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən G.Saqiyev, N.Rzayev, Ş.Qasımov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş H.Qurbanov və S.Cəfərov müəyyən olunaraq saxlanılıblar.

Onlardan ümumilikdə 20 kiloqrama yaxın müxtəlif adda narkotik maddələr və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.