21 yanvar 2025 13:38
116

Azərbaycan-Gürcüstan münasibətləri daha da inkişaf etdiriləcək

Azərbaycanla Gürcüstan tarixən qonşu dövlətlər kimi səmimi sülh şəraitində yaşayıb. Onların heç bir siyasi və digər problemi olmayıb. Bu, hər iki dövlətin bir-birinə ehtiramı ilə bağlıdır. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri də bunun təzahürüdür.

Bu günlərdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanda rəsmi səfərdə oldu. Bu səfər çərçivəsində Azər­baycan Respublikasının Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüş oldu. Görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər. Bəyanatlar görüş haqqında ictimaiyyəti məlumatlandırma niyyəti kimi izəlınildi, dinlənildi.

Gürcüstanın Baş nazirinin Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra ilk səfərinin Azərbaycana olması da bu dövlətlər arasında səmimi qonşuluğun, qarşılıqlı siyasi ehtiramın ifa­də­­sidir. Siyasi əlaqələr digər sahələrə də nüfuz edir və bu baxımdan əlaqələr cəmiyyətin bütün sa­­hə­lə­rində yaşadılır.

 İqtisadi sahədə  yaxşı nəticələrə nail ola bilmişik. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

Son on illərdə dünyada ən düşündürücü, ən narahatedici problemlərdən biri də enerji məsə­lə­si­dir. Ona görə də dövlətlərarası iqtisadi münasibətlərin qurulmasında enerji amili həmişə diqqət mərkəzində olub. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu amili nəzərə alaraq dedi: “...energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu de­mək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ix­rac edir, ildən-ilə ixrac artır”.

Orta dəhlizin hər iki dövlət üçün əhəmiyyətini qeyd edən Azərbaycan Respublikasının Pre­zi­denti cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xid­mət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mü­hüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır...”. Bu məsələlər təkcə Azər­baycanın, təkcə Gürcüstanın deyil, ümumən Cənubi Qafqazın, eləcə də Avropanın problem­lə­rinin həllinə yönəldilmiş tədbirlər sisteminin tərkib hissələrindəndir...

Dövlət başçımız Azərbaycanın Gürcüstanla ikitərəfli əlaqələrə xüsusi əhə­miy­yət verildiyini, ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirməyə və genişləndir­məyə maraqlı ol­du­ğunu, iki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoqun ikitərəfli əməkdaşlığın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş ciddi naliyyətlərin əsasını təşkil etdiyini, bu gün Azərbaycan-Gür­cüs­tan əlaqələrində fəal iş birliyinin müşahidə edilməyən hər hansı bir sahənin  mövcud olmadığını da diqqətə çatdırdı...

Qarşılıqlı ehtirama əsaslanan belə görüşlər iki dövlət arasında səmimi münasibətlərin tari­xi­dir. Bu görüşdən sonra  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata ver­diyi bəyanat Azərbaycan-Gürcüstan münasibətlərinin daha da inkişaf etdiriləcəyinin zəmanəti kimi tarixləşdi...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı