22 yanvar 2025 08:22
88

Süni intellektin köməyi ilə Qazaxıstanda 665 min məhkəmə işinə baxılıb

Qazaxıstanda yeknəsəq məhkəmə təcrübəsinin formalaşmasına töhfə verən və hakimlərin işini əhəmiyyətli dərəcədə asanlaşdıran süni intellekt texnologiyaları tətbiq edilir.

“İki sahil” Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev bildirib.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə məhkəmə sisteminin 2024-cü il üzrə yekunlarına dair məlumatı təqdim edərək, o, işlərin və materialların təxminən üçdə birinə - 2 milyondan 665 mininin robototexnika vasitəsilə baxıldığını qeyd edib.