Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən 62 saylı Kürdəmir seçki dairəsinin məntəqə seçki komissiyalarına təyin edilmiş bir qrup müşahidəçilərlə YAP Kürdəmir rayon təşkilatının qərargahında təlim keçirilib.
“İki sahil” xəbər verir ki, təlimdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov seçkilərə hazırlıqla bağlı rayon təşkilatı tərəfindən görülən işlər haqqında məlumat verib. Ayaz Cəbrayılov Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən təyin edilən müşahidəçilərə müşahidənin aparılması prinsiplərini, müşahidəçilərin hüquq və vəzifələrini, müşahidəçilərə qadağan edilən hərəkətləri hərtərəfli izah edir. Müşahidəçilərin səlahiyyət müddəti və səlahiyyətlərinə xitam verilməsi qaydası haqqında onlara məlumat verir. Müşahidənin başlanma vaxtını, müşahidə aparılması prosedurunu, seçki məntəqəsinin açılışı, səsvermənin gedişi , məntəqənin bağlanması və səslərin sayılması zamanı onların yerinə yetirəcəkləri vəzifələri aydınlaşdırır. Sonra Ayaz Cəbrayılov müşahidə aparılacağı müddətdə həmin müşahidə anketlərinin doldurulması qaydalarını onlara ətraflı izah edir və əyani olaraq göstərir. Qərargahın əlaqə telefonlarını müşahidəçilərə qeyd etdirir. Müşahidəçi anketləri və müşahidəçilər üçün yaddaş kitabçaları müşahidəçilərə paylanılır.
Sonda seçki qərargahının sədri Ayaz Cəbrayılov müşahidəçiləri maraqlandıran sualları cavablandırıb.