Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Dr. Saca Faruq Abdullah ilə görüşüb.
Bu barədə "İki sahil"ə ANAMA-dan məlumat verilib.
Qeyd edilib ki, görüşdə mina təhlükəsi ilə mübarizə fəaliyyətinin əsas istiqamətlərindən biri olan Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə sahəsində ANAMA ilə UNICEF tərəfindən ölkəmizdə birgə icra edilən layihələr, bu sahədə mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.