Ötən il ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 min 271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş Kollegiya iclasında bildirilib.
Məlumata görə, xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib.