24 yanvar 2025 15:57
115

Blinkenin Belarusla bağlı bəyanatı departamentin saytından silindi

ABŞ-nin yeni Prezident Administrasiyası Dövlət Departamentinin saytından keçmiş dövlət katibi Entoni Blinkenin Belarusda prezident seçkilərinin tanınmamasına dair bəyanatını silib. 

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı “radiomir.by” portalı yayıb. 

Məlumata görə, əvvəllər Blinkenin bəyanatının olduğu linkə keçid etdikdə “Narahatlığa görə üzr istəyirik” yazısını görmək mümkündür. 

Qeyd olunub ki, Co Bayden administrasiyasında dövlət katibi postunu tutan Entoni Blinkenin açıqlamasını Belarusda keçiriləcək prezident seçkilərinə müdaxilə kimi qiymətləndirmək olar. Sözügedən bəyanatda Belarusdakı seçkilərin nəticələrinin tanınmayacağı qeyd olunub.

Xatırladaq ki, yanvarın 26-da Belarusda prezident seçkiləri keçiriləcək.