Bir milyon manatdan çox dələduzluqda təqsirləndirilən Azər İsmayılov barəsində olan hökmdən apellyasiya protesti və apellyasiya şikayəti üzrə keçirilən məhkəmə yekunlaşıb.
“İki sahil” xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sabit Bəhramzadənin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və təqsirləndirilən Azər İsmayılov 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Azər İsmayılov barəsində bəraət hokum çıxarıb.
İttihama görə, Azər İsmayılov xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub.
Təqsirləndirilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə təqsirləndirilib.
Təqsirləndirilən Azər İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.