"Roma" bu gün daha bir transfer heyata keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya təmsilçisi “Atalanta”dan 29 yaşlı qapıçı Pyerluici Qollini alıb. Paytaxt klubu transferə görə 800 min avro ödəyib.
29 yaşlı qolkiper komandada 95 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Qolli cari mövsümün ilk yarısını icarə əsasında “Cenoa”da keçirib. O, bu komandanın heyətində bütün turnirlərdə 11 matça çıxıb, 15 qol buraxıb.