Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
“İki sahil” xəbər verir ki, dövlət başçısı müsahibədən əvvəl çinli jurnalistlə səmimi söhbət edib.
AzTV tərəfindən yayılan kadrlarda Prezidentin jurnalisti salamlamağı, onu yenidən görməyin xoş olduğunu deməyi görünür. Çinli müxbir bu görüşün onun üçün şərəf olduğunu dilə gətirib, İlham Əliyevlə xatirə fotosunu Alp dağlarının fonunda çəkdirməyi xahiş edib.
Xatırladaq ki, dövlət başçısı 2023-cü ilin yanvarında da sözügedən telekanala müsahibə vermişdi.
Elçin Əmirbəyov: Azərbaycan 2006-cı ildən etibarən Avropanın enerji təchizatında mühüm rol oynayır
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb