Britaniyanın Baş naziri Kir Starmer ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
“İki sahil” Baş nazirliyin ofisinə istinadla xəbər verir ki, danışıq zamanı Kir Starmer Prezident Trampı inaqurasiya münasibətilə təbrik edib.
Baş nazir, həmçinin Prezident Trampın Qəzzada tarixi atəşkəsin və girovların azad edilməsinin təmin edilməsindəki rolunu yüksək qiymətləndirib. Prezident Tramp isə Emili Damarinin azad edilməsini alqışlayıb və ailəsinə ən xoş arzularını çatdırıb. Onlar Yaxın Şərqdə təhlükəsizlik üçün birgə əməkdaşlığın vacibliyini müzakirə ediblər. Liderlər ticarət və iqtisadiyyat mövzularında da danışıblar. Onlar yaxın zamanda görüşmək və həmin vaxt daha ətraflı müzakirələr aparmaq barədə razılaşıblar.