28 yanvar 2025 14:15
339

Kreml Su-35 qırıcılarının İrana satışı bağlı məlumatı şərh etməyib

Prezidentin mətbuat katibi Dmitri Peskov Rusiyanın Su-35 qırıcılarının İrana çatdırılması ilə bağlı şərh verməkdən imtina edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, İran hakimiyyəti bir gün əvvəl Su-35 qırıcılarının alınması ilə bağı faktı təsdiqləyib.

"Mən bunu şərhsiz buraxacağam" -  deyə, Kremlin sözçüsü bildirib.

Xatırladaq ki, yanvarın 27-də İran Rusiyanın ona Su-35 qırıcılarının bir partiyasını çatdırdığını bildirib. Təhvil verilən təyyarələrin dəyəri və sayı açıqlanmır, lakin dolayı məlumatlara görə, sövdələşmənin dəyəri 4,5 milyard dollardan 5 milyard dollara qədər ola bilər.