Gürcüstanın ədliyyə naziri Anri Oxanaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə tərəflər Gürcüstan və Azərbaycan arasında uzunmüddətli strateji tərəfdaşlıqdan danışıblar.
İki ölkənin səlahiyyətli qurumları arasında ədliyyə sahəsində səmərəli əməkdaşlıq vurğulanıb.
Görüşdə ədliyyə nazirinin müşaviri Levan Kasradze, Azərbaycan səfirinin müşaviri Samir Abdurahimov və səfirliyin attaşesi Röyal Paşayev iştirak ediblər.
Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlığın gələcək planları barədə razılığa gəliblər.
Budanov: ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər
Lavrov: Zelenskinin Moskvaya dəvət edilməsi Rusiya tərəfindən “xoşməramlı jestdir”
Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib