29 yanvar 2025 20:35
149

Aİ səfirləri Ermənistanda müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyib

Avropa İttifaqının səfirləri Ermənistandakı müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyiblər.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bu qərara əsasən, avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar. Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı (165 xarici və 44 erməni üzv) nəzərdə tutulur.

Ermənistandakı missiyanın məlumatına görə, bu qərar yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-nin Ermənistanda mülki missiyasının mandatının daha iki il müddətinə uzadılmasını təklif etmişdi.