Türkiyədə Sıla adlı körpənin ölümünə sosial şəbəkələrdə reaksiya verən müğənni Gülben Ergenin paylaşımlarından şikayətlər daxil olub.
“İki sahil” "Sabah" nəşrinə istinadla xəbər verir ki,məsələ prokurorluğa çıxarıldıqdan sonra Ergen bu gün şübhəli şəxs qismində prokurorluğa ifadə verib.
Cinsi zorakılıq və təcavüzə məruz qalması şübhəsi ilə Tekirdağda xəstəxanaya aparılan Sılanın həyatını xilas etmək mümkün olmayıb. Müğənni Gülben Ergen sosial media hesabında bəzi paylaşımlar edərək olaya reaksiya verib.
Şikayətlərdən sonra barəsində istintaq başladılan müğənni Gülben Ergen bu gün şübhəli şəxs qismində ifadə vermək üçün İstanbul Ədliyyəsinə gəlib. Təxminən 1 saat orada qalan Ergen “Uşaqlar üçün mübarizəmizi hər zaman davam etdirəcəyik” deyərək məhkəmə binasını tərk edib.