Məşhur Ermitaj muzeyinin "Qış Sarayı"nın əsas girişi təhlükəsizliklə bağlı anonim məlumat səbəbindən müvəqqəti olaraq bağlanıb.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu haqda muzeyin mətbuat xidməti məlumat yayıb.
Sarayın binalarına və sərgi salonlarına baxış keçirilib.
"Rusiya Milli Qvardiyası ilə birlikdə "Qış Sarayı"nın sərgi salonlarına və xidməti binalarına baxış keçirdik, heç bir şübhəli əşya aşkar edilməyib”, - deyə muzeyin mətbuat xidmətindən bildirilib.
Ermitaj bir həftə ərzində ikinci anonim təhdid mesajını alıb. Muzey yanvarın 24-də müvəqqəti olaraq bağlanmışdı.
Budanov: ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər
Lavrov: Zelenskinin Moskvaya dəvət edilməsi Rusiya tərəfindən “xoşməramlı jestdir”
Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib