30 yanvar 2025 16:57
157

Aİ Şurası Ermənistandakı müşahidə missiyasının mandatını uzadıb

Avropa İttifaqı (Aİ) təşkilatın Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatını daha iki il – 19 fevral 2027-ci ilədək uzadıb.

“İki sahil” xəbər verir ki, müvafiq qərarın mətni qurumun saytında yerləşdirilib.

Missiyanın büdcəsi isə 20 fevral 2025-ci il tarixdən etibarən 44 milyon avroya çatdırılacaq.