Myanma hakimiyyəti ölkədə fövqəladə vəziyyət rejimini daha altı ay uzadıb. Bu qərarı ölkənin hərbi hökuməti Milli Müdafiə və Təhlükəsizlik Şurasının
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu haqda qərar yanvarın 31-də keçirilən iclasdan sonra elan edilib.
"Ümummilli fövqəladə vəziyyət altı ay müddətinə uzadılıb", - deyə, yığıncaq iştirakçılarının Myanmar Digital News portalının Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
Qeyd edilib ki, ümumi seçkilərin uğurla keçirilməsini təmin etmək üçün hələ çox iş görülməlidir. Azad və ədalətli ümumi seçkiləri təmin etmək üçün ilk növbədə sabitlik lazımdır.
2021-ci ildə Myanmada hərbçilərin parlament seçkilərinin nəticələri ilə razılaşmaması səbəbindən hərbi çevriliş olub.