Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” APA-ya istinadla xəbər verir ki, Bakı-Xudat reysi üzrə hərəkət edən sərnişin avtobusu yük maşını ilə toqquşub.
Nəticədə sərnişinlərdən biri xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.
Yaralanan şəxsin Xaçmaz rayon sakini 72 yaşlı Nazim Kiçikbəyov olduğu bildirilir.
Sərnişin avtobusuna ciddi ziyan dəyib. Qəza zamanı avtobusda 51 sərnişin olub.
Faktla bağlı araşdırma aparılır.