02 fevral 2025 19:55
100

İsrail HƏMAS-la razılaşmadan kənar Qəzzanın şimalına hərəkət edən avtomobilə atəş açıb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarədən HƏMAS ilə razılaşmadan kənar marşrutla Qəzza zolağının şimalına doğru hərəkət edən avtomobilə atəş açılıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Ordusu bir daha qəzzalıları təlimatlara əməl etməyə və qoşunlara yaxınlaşmamağa çağırır", - məlumatda bildirilir.

Qeyd olunur ki, İsrail Ordusu girovların qaytarılması ilə bağlı sazişin şərtlərinə tam əməl etməyə çalışır, lakin hər hansı təhlükənin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək.