Kanada vergiləri azaltmaq və gömrük rüsumlarından azad olmaq üçün ABŞ-nin 51-ci ştatı olmalıdır.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
"Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirik. Nə üçün? Heç bir səbəb yoxdur. Onların heç nəyinə ehtiyacımız yoxdur", - o yazıb.
Tramp qeyd edib ki, böyük subsidiyalar olmadan Kanada həyat qabiliyyətli ölkə kimi mövcud olmağı dayandıracaq:
"Buna görə də Kanada bizim arzu etdiyimiz 51-ci ştata çevrilməlidir. Bu, Kanada xalqı üçün aşağı vergilər, daha yaxşı hərbi müdafiə deməkdir”.
Qeyd edək ki, yanvarın 31-də Tramp Kanadadan enerji resurslarına 10 %, digər mallara isə 25 % rüsum tətbiq edən sərəncam imzalayıb. Bu tədbirlər fevralın 4-dən qüvvəyə minəcək. Buna cavab olaraq Kanada Amerika mallarına 25 % rüsumlar tətbiq edib.