02 fevral 2025 20:34
90

Egey dənizində 30-dan çox zəlzələ baş verib

Egey dənizində son 24 saat ərzində 30-dan çox zəlzələ baş verib.

İki sahil” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd edilib ki, Egey dənizində dünən saat 15:51 ilə bu gün 15:55-ə qədər ən kiçik 1.3 baldan, ən böyük 4.8 bal gücündə 30-dan çox təkan qeydə alınıb.

Ümumilikdə 4-4,8 bal gücündə 8 zəlzələ qeydə alınıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”