03 fevral 2025 01:19
94

Konqoda üsyançılar hökumətlə birbaşa dialoq tələb edirlər

Konqo Demokratik Respublikasının şərqində fəaliyyət göstərən “23 Mart Hərəkatı (M23) qrupunun üsyançıları yerli hökumətdən onlarla birbaşa dialoqa başlamağı tələb ediblər.

“İki sahil”in "The New Times" qəzetinə istinadən məlumatına görə, bunu M23-ün nümayəndəsi Lourens Kanyuka deyib.

“Biz münaqişənin əsas səbəblərini aradan qaldırmaq və ölkəmizdə davamlı sülhün bərqərar olması üçün Kinşasa rejimi ilə səmimi və birbaşa dialoqa çağırışımızı bir daha təkrar edirik”, - qəzet onun açıqlamasından sitat gətirib.

Kanyuka qeyd edib ki, üsyançılar 30 ildən artıq davam edən münaqişənin sülh yolu ilə həllinə sadiqdirlər.