10 aprel 2026 15:47
137

Fransada təlim təyyarəsi qəzaya uğrayıb

Fransa Aerokosmik Qüvvələrinə məxsus yüngül təyyarə ölkənin cənub-şərqində təlim uçuşu zamanı qəzaya uğrayıb. Hər iki pilot yaralanıb və xəstəxanaya aparılıb.

“İki sahil” xəbər verir ki,  "Parisien" qəzeti bu barədə ölkə  Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Məqalədə deyilirdi: "Cirus SR-20... qəzaya uğrayıb... Alp-de-Ote-Provansda... Onun iki pilotu yaralanıb və xəstəxanaya aparılıb".