Azərbaycan Suriyada bərpa və quruculuq işində yaxından iştirak etməlidir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Hikmət Babaoğlu deyib:
“Suriya bizim üçün mənəvi Vətəndir. Düşünürəm ki, Azərbaycanın prioritetlərindən biri Şərqdə xarici siyasəti ilə bağlı yeni ideyaların müəyyənləşməsi idi. Azərbaycan Prezidenti qeyd etdi ki, biz qardaş Türkiyə ilə birlikdə Suriyanın bərpası məsələsində yaxından iştirak etməliyik”.
O vurğulayıb ki, Suriya Azərbaycan üçün uzaq coğrafiya deyil.
“Əgər XIV əsrdə Nəsimi Hələbə gedirdisə, deməli Nəsimini ora aparan səbəb Hələbin Azərbaycanın etnomədəni, din coğrafiyasının davamı olması idi. Bu gün də Nəsiminin məzarı hələ də Hələbdədirsə, deməli onun məzarının olduğu yer bizim üçün mənəvi Vətəndir. Ona görə də düşünürəm ki, Suriya və Yaxın Şərqlə Azərbaycan münasibətlərinin yeni perspektivləri yaranıb”.
Azərbaycan Sülh sazişinin imzalanması üçün Ermənistan tərəfindən lazımi addımların atılmasını gözləyir - XİN rəhbəri
Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, əksinə, birləşdirir - Hikmət Hacıyev
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb