03 fevral 2025 14:18
78

Bakıda kafedə oğurluq edən şəxs saxlanılıb

Nizami rayonu B.Nuriyev küçəsində yerləşən kafelərin birindən bir nəfərə məxsus içərisində 1026 manat, bank kartı və sənəd olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İ.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.