Türkiyənin Qars şəhərində keçirilən "Qış təlimi- 2025" beynəlxalq hərbi təlimi çərçivəsində Azərbaycan, Türkiyə, Bosniya - Hersoqovina və Gürcüstan hərbçiləri birlikdə hərbi tapşırıqlar icra ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, adıçəkilən ölkələrdən olan xüsusi təyinatlılardan ibarət iki komanda “Birbaşa Missiya Əməliyyatı” missiyasını uğurla başa çatdırıblar.
Məlumatda təlimlərin uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Təlimdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Kosova, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edir.
Xartırladaq ki, təlimlər yanvarın 20-də başlayıb. Təlim çərçivəsində müxtəlif manevrlər həyata keçirilir.