Laçın şəhərində yenidən qurulan “Lacinema” kino mərkəzində 33 illik fasilədən sonra ilk film nümayiş olunacaq.
“İki sahil” xəbər verir ki, tarixi faktlara əsaslanan “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin nümayişi fevralın 7-də saat 18:00-də baş tutacaq.
Filmin nümayişində əsas məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqlarına dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə verməkdir.
Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sungur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsini anladır. Ekran əsəri izləyiciləri XII əsrin möhtəşəm mühitinə apararaq, Azərbaycanın zəngin və şanlı tarixinə işıq salır, həmin dövr milli-mənəvi irsimizin təbliğatçısı kimi çıxış edir.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub