04 fevral 2025 11:30
84

Devid Bekhem İstanbulda - FOTO

Dünyaca məşhur ingilis futbolçu Devid Bekhemin İstanbula gələcəyi iddia edilirdi. İddiaların doğru olduğu üzə çıxıb və Devid Bekhem oğlu Romeo Bekhem və sevgilisi ilə İstanbula gəlib.

“İki sahil” Türkiyənin "Sabah" nəşrinə istinadla xəbər verir ki,  "İnter Mayami"nin sahibi Devid Bekhemlə bağlı iddiaların doğru olduğu üzə çıxıb.

Bekhem oğlu və oğlunun sevgilisi ilə İstanbula gəlib. Reklam üçün İstanbula gəldiyi bildirilən Devid Bekhem "Beşiktaş" Hakkı Yeten Təsislərində ağ-qaraların qadın futbol komandası ilə görüşüb.

Devid Bekhem bu yaxınlarda Davosda iştirak etdiyi Dünya İqtisadi Forumunda türk futbolu haqqında danışıb.

CNBC-dən Berfu Güvənin sualını cavablandıran Bekhem "Türkiyədə bir neçə dəfə oynadım. Türkiyədə qol vurdum. Amma yenə də qalib gəldik. Türk futbolunun böyük azarkeşiyəm. Mən oradakı oyunçuların böyük fanatıyam, çünki orada "oynayanda həmişə çətin olur" - deyib.