Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Somalidə səfərdədir.
“İki sahil” xəbər verir ki, bu barədə Somalinin Türkiyədəki səfirliyinin X hesabında məlumat verilib.
"Somalinin xarici işlər üzrə dövlət naziri Əli Ömər və ölkənin Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Əli Mohamed bu gün Moqadişo beynəlxalq hava limanında Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüblər", - məlumatda qeyd olunub.
Moqadişoya ikigünlük səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti müxtəlif rəsmilərlə görüşlər keçirəcək və iki ölkə üçün qarşılıqlı maraq doğuran çoxsaylı mövzuları müzakirə edəcək.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası bəyanat yayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
Əliyev Yeltsinlə niyə görüşmüşdü? Vaşinqtonda verilən cavab və BMT-nin xilası