ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) böhran yaşayır. ABŞ prezidenti Donald Trampın USAİD-i bağlayacağı iddia edilərkən, Dövlət Departamenti də bütün xarici yardımları dayandırıb. Demokratlar söz mövzusu qərar və açıqlamalara reaksiya verdiyi vaxt, Trampın əsas komandasında olan milyarder İlon Mask da USAİD haqqında şok şərhlər edib.
“İki sahil” Türkiyənin "Sabah" nəşrinə istinadla xəbər verir ki, ABŞ prezidenti seçilən Donald Tramp vəzifəsinin icrasında başladığı ilk gündən əsaslı addımlar atmağa başlayıb. “Kanada və Qrenlandiya bizim olmalıdır” açıqlaması ilə ilk dəfə dünya gündəmini lərzəyə gətirən Tramp indi də ABŞ daxili ictimai rəyində “USAİD böhranı" ilə danışılır.
ABŞ Dövlət Departamenti və USAID tərəfindən maliyyələşdirilən bütün xarici yardımlar dayandırılıb. ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamaya görə, Departament və USAİD vasitəsilə maliyyələşdirilən bütün cari xarici yardımlar dayandırılıb.
Donald Trampın əsas komandasında olan milyarder İlon Mask "USAID" haqqında ifşaedici fikirlər səsləndirib. Mask bildirb ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi milyonlarla insanın ölümünə səbəb olan COVID-19 pandemiyası kimi bioloji silah tədqiqatlarını maliyyələşdirib. Musk ABŞ-ın EcoHealth Alliance Group vasitəsilə USAID-i COVID-19 epidemiyasının istehsal olunduğu iddia edilən Çinin Uhan şəhərindəki laboratoriyalara milyonlarla dollar köçürməkdə ittiham edib. Mask agentliyi “şər” və “Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası” adlandırıb.
Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Musk, USAID-in bağlanması ilə bağlı Prezident Donald Trampla razılaşdıqlarını qeyd edib.
İlon Musk, X sosial media hesabında paylaşdığı mesajda, "USAID cinayət təşkilatıdır. Onun ölməsinin vaxtıdır" - qeydini edib.