Kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
“İki sahil” xəbər verir ki, turdan əvvəl şahmatçılar Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşüb və şəkil çəkdiriblər.
Azərbaycan Şahmat Federasiyası və “YAŞAT” Fondunun birgə təşkilatçılığıyla reallaşan layihədə maraqlı anlar yaşanıb. 1 orden və 13 medalla təltif olunan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Arazın arzusu həyata keçirilib. Araz Şadmanov uzun illər internetdən izlədiyi Şəhriyar Məmmədyarovla tanış olub. Araza şahmat yolunda uğurlar arzulayan Ş. Məmmədyarov balaca fanatıyla yenə də görüşəcəyini bildirib.
Sonda şahmatçılar balacalara hədiyyə təqdim ediblər.
Qeyd edək ki, 1/8 finalda ilk gedişi Azərbaycan Respublikasının siyasi və ictimai xadimi, diplomat və tarix elmlər doktoru Həsən Həsənov edib.
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi