İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya 2025” musiqi yarışmasında Azərbaycanı "Mamagama" qrupu təmsil edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurov məlumat verib.
Bildirilib ki, qrup rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır.
"Mamagama" 2021-ci ildə yaradılıb. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən "Kënga Magjike" beynəlxalq musiqi festivalında uğur qazanıb.
"Mamagama" 3 nəfərdən ibarətdir:
Asəf – Frontmen və əsas vokalçı,
Hass – Gitara ifaçısı,
Arif – Zərb alətləri.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans bölmə iclasları ilə davam edib
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi