Məktəblərdə dərslərin başlama vaxtının dəyişməsini direktor və valideyn tənzimləyə bilər.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, nazirlik belə hallara etiraz etmir.
"Misal olaraq, kənd məktəblərində övladı təhsil alan valideynlər deyə bilər ki, dərs orada saat 8-də yox, məhz saat 8:30, yaxud 9:00-da başlasın, nazirlik olaraq buna etiraz etmərik", - E.Əmrullayev qeyd edib.