Yevlax rayonundan olan şəhid ailələrinin işğaldan azad edilmiş Ağdam rayonuna, Xankəndi və Şuşa şəhərlərinə səfəri təşkil edilib.
“İki sahil” xəbər verir ki, səfər zamanı şəhid ailələri Ağdam Şəhidlər Xiyabanını, Şuşa qalasını, Cıdır düzünü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Şuşa şəhər Şəhidlər Xiyabanını, Yuxarı Gövhər Ağa məscidini, İsa bulağını, Xankəndidə mərkəzi parkı, Qarabağ Universitetini, Əsgəran qalasını və digər yerləri ziyarət edib, işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işləri ilə tanış olublar.
Şəhid ailələrinin üzvləri bu ziyarətin Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə ehtiramın ifadəsi olduğunu qeyd edərək, göstərilən yüksək diqqətə, qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub