06 fevral 2025 17:33
77

21-ci əsrdə tamam başqa müəllimə ehtiyacımız var - Nazir

Müəllimi həm kollecdə, həm bakalavr, həm də magistr pilləsində hazırlayırıq. Sual ondan ibarətdir ki, bunların bir-birindən fərqi nədir?

“İki sahil” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Məsələn tar ifaçısı ixtisası. İnsan 7 illik musiqi məktəbində də, 11 illik məktəbdə də, bakalavrda da, magistrda da bunu öyrənir. Sonda adam nə edir? Tar çalır. Magistratura bitirmiş tar çalanla, kollec bitirmiş tar çalan arasında nə fərq var? Məndən soruşsanız burada tarixilik problemimiz var.Çünki 1930-cu illərdə müəllim çatışmazlığı olub, ikillik müəllim hazırlığına ehtiyac olub. İki ilə oxuyan adamı müəllim edib məktəbə göndəriblər ki, heç olmasa yazı-pozunu uşaqlara öyrətsin.

Amma 21-ci əsrdə tamam başqa müəllimə ehtiyacımız var. Mütləq qaydada bunlar dəyişməlidir”, - deyə o bildirib.