Rəqəmsallaşmanın təqdim etdiyi imkanları vətəndaşla yanaşı, əməkdaş da hiss edir
Elektronlaşma və avtomatlaşdırma xidmətlərin göstərilmə müddətinə və eyni zamanda keyfiyyətinə də müsbət təsir edib. Qeyd edim ki, Nazirlik tərəfindən göstərilən xidmətlərin 52-dən çoxu proaktiv qaydada təqdim olunur. Bu da o deməkdir ki, həmin xidmətlər üzrə vətəndaşın müraciəti olmadan, xidmət şəxsin hüququ yarandığı andan ona sistem tərəfindən təyin olunur və müraciətə baxılma prosesləri baş vermir. Şəxsə dair məlumatın müxtəlif informasiya sistemlərindən əldə olunması, onların sistem vasitəsilə emal olunub qərar verilməsi prosesi həm sürətləndirir, həm də daha keyfiyyətli edir.
Bunu DOST RİM-in layihələr üzrə koordinatoru Vüsalə Müzəffərova “İki sahil”ə müsahibəsində bildirib.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, rəqəmsallaşmanın təqdim etdiyi imkanları vətəndaşla yanaşı, əməkdaş da hiss edir. Xüsusi vurğulanmalı cəhətlərindən biri də vətəndaş müraciətlərinin müddət baxımından monitorinq edilə bilməsidir. Sistem tərəfindən müraciətlərin izlənilməsi icra intizamını da gücləndirir.
Nəticə etibarilə əvvəllər günlərlə və ya həftələrlə davam edən proseslər indi bir neçə dəqiqə ərzində tamamlanır.
Yaqut Ağaşahqızı, “İki sahil”